Son Xeberler
04.02.2021 15:27
6 abunə
323
Bakıda mənzildən 220 min manatlıq oğurluq olub
Bakıda mənzildən böyük məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev saxlanılıb.