
Bakıda dəfn mərasiminin iştirakçıları saxlanıldı

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, idarə əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 3-də Hövsan qəsəbəsində M.Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Aparılan profilaktik və izahedici söhbətlərdə diqqətlərinə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Nəsrullahın Dəfn Mərasimi Gizli Şəkildə Keçirilib
Son Xeberler

Bakıda toy sahibi və 60 qonağı saxlanıldı
Son Xeberler

Əməkdar artistin dəfn yeri məlum oldu
Bugun.az

Xalq artistinin dəfn yeri dəyişdirildi
Bugun.az

Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıl...
Son Xeberler

Avtobus çaya aşdı
Xəbər Anı


