Son Xeberler
7 abunə
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək?
20.06.2020 06:36
546 baxış sayı
2 dəq. oxuma
"Daha əvvəl rayona gedən Bakı qeydiyyatında olan şəxslər paytaxt ərazisinə keçsə belə, SMS icazə alandan sonra şəhərə daxil ola bilər”.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.
O qeyd edib ki, həmin şəxslər Ələt postunda Bakının inzibati ərazisinə daxil olduğu zaman hərəkət eləməyinə icazə almaq üçün mütləq SMS göndərməlidir: "Həmin şəxs hərəkət eləməyinə icazə aldıqdan sonra artıq Bakıya mənzilinə gələ bilər. Ola bilər ki, həmin şəxslər 2-3 aydı rayona gedib, orada qalıb, zərurətlə əlaqədar da evinə qayıtmalıdır. Həmin şəxslər Bakı qeydiyyatında olmasına baxmayaraq, onun paytaxt ərazisində hərəkət eləməsi üçün ən azı SMS icazəsi olmalıdır”.
Qeyd edək ki Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.
Oxşar xəbərlər
Bakı qeydiyyatlı şəxslər paytaxta qayıda biləcək?...
Son Xeberler
496
12/12 12:48
Bayramda rayonlara getmək istəyənlərə
Son Xeberler
555
30/07 08:50
İstanbul-Bakı aviareysinə bu şəxslər buraxılacaq -...
Son Xeberler
645
02/07 11:34
Bizdə Əliyevlə danışa biləcək siyasətçi yoxdur -
Son Xeberler
448
15/12 16:33
İcazəsi olanlara sərt
Son Xeberler
856
04/07 10:35
Qadınlara ölümcül təhlükə barədə
Tibbi məlumatlar
40
15/11 17:28