
İcazəsi olanlara sərt XƏBƏRDARLIQ

Sərtləşdirilmiş karantin rejiminin elan edildiyi ərazilərdə olan qurumlarda işləyən və fəaliyyətinə icazə verilən şəxslər öz avtomobillərindən qeyri-iş saatlarında istifadə etməməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, adları icazə portalında olan şəxslər yalnız fəaliyyətinə icazə verilmiş qurumların, təşkilatların, müəssisələrin işçiləridir.
"Onların adları icazə portalına ona görə daxil edilib ki, işə gedib-gələ bilsinlər. Amma həmin şəxslər nəzərə almalıdırlar ki, əgər onların işlədikləri qurumlar şənbə və bazar günləri fəaliyyət göstərmirsə, adlarının icazə portalında olmasından istifadə etməməlidirlər. Yəni, belə hal karantin rejiminin pozulması hesab olunur. Kimlərsə vacib işlə, ərzaqla və ya digər zərurətlə əlaqədar evlərini tərk etməli olsa, onda adi SMS vasitəsilə icazə almalıdır", - deyə şöbə rəisi qeyd edib.
Oxşar xəbərlər

Azərbaycanın bu rayonu koronavirusa qalib gəlir -
Son Xeberler

Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyu...
Son Xeberler

İcazəsi olan şəxsin avtomobilinin baqajında şəhərə...
Son Xeberler

Sərt karantin rejimi avqustun 5-də bitir? –
Son Xeberler

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlam...
Son Xeberler

İcazəsi olanlar avtomobillərində ailə üzvlərini gə...
Son Xeberler