🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Azərbaycanlı əsgər mənə qardaş dedi” - Erməni əsir

02.11.2020 08:26 1,048 baxış sayı 5 dəq. oxuma
“Azərbaycanlı əsgər mənə qardaş dedi” -

Oktyabrın 22-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir qrup erməni əsgər CBC telekanalına müsahibə verib.

Erməni əsirlər müsahibələrində Azərbaycan əsgərlərinin yüksək humanizminə diqqət çəkib və belə bir davranışın onlar üçün gözlənilməz olduğunu vurğulayıblar.

10 günə yaxın bunkerdə gizlənən erməni əsirlərdən biri isə əsir götürülmə anlarını danışıb:

“Biz bunkerdə idik. Ayın 22-si azərbaycanlılar gəldilər. Nəsə axtarırdılar. Aralarında birdən kimsə bunkeri açmağa qərar verdi. Bu bina birmərtəbəli idi və aşağısında zirzəmi olacağını təsəvvür etmək çətin idi. Ancaq onlardan kimsə açmağa çalışanda mən “qapını açma” deyə qışqırdım. O əvvəl başa düşmədi, çünki artıq 10 gün idi ki, burada idilər və onlardan başqa heç kimsə yox idi. Mən dedim ki, qapını açma, yoxsa atəş açaram. Sonra başqa qapını açmaq istədilər. Mən yenə qışqırdım ki, heç bir qapını açmayın və bir dənə güllə atdım. Sonra qumbara atdılar, şükür ki, qəlpələrin çox hissəsi özümə dəydi, mən düşündüm artıq bu qədər, bu, sondur.

Tez telefonumu çıxarıb sındırdım, yoldaşımı tapıb zəng eləməsinlər, onunla şəklim var idi. Erməni əsir bildirib ki, qışqıraraq azərbaycanlı əsgərdən "Burada kimsə rusca başa düşür?" deyə soruşub. Onlardan biri cavab verdi ki "Bəli, başa düşürəm".

- Səndən əsl dürüst əsgər kimi bir şey istəyə bilərəm?

- Buyur. 

- Bizi öldürdükdən sonra cəsədlərimizi Ermənistana göndərə bilərsən? Qoy valideynlərimiz bizi dəfn edə bilsin. Sənin də anan var, nə istədiyimi başa düşürsən.

- Qardaş, heç kim səni öldürmək istəmir, çıx. Qardaş, sən inanmırsan ki, mən səni öldürməyəcəyəm?

- Yox əlbəttə, bir az əvvəl qumbara atmışdınız. 

Əsir bildirib ki, həmin an azərbaycanlı əsgər onda yaxınlaşmağa başlayıb: "Dedi ki, bax daha da yaxın gəlirəm. Bronjiletsiz gəldi, silahı yerə qoydu. Dedi ki, bax sənin qarşındayam istəyirsən öldür məni, mən sənə güvənirəm. Mən silahı ona tuşlamışdım və yerim çox rahat idi. "Öldürmürsənsə mənə güvən, ayağa qalx danışaq" dedi.

Belə bir şeyi ancaq yüksək cəsarət və hünərə sahib biri edə bilər. Daha sonra o məndən siqaret çəkdiyimi soruşdu və mənə iki siqaret verdi”.

Paylaş: