Azərbaycanda yeni məktəbli formaları hazırlanıb
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik olmayacaq.
Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun sözlərinə görə, formaların qiyməti 2017-ci illə eynidir - aşağı siniflər 40, yuxarı siniflər 46 manat. E.Əzimov məktəblilərdən söhbət gedəndə qazanc haqqında düşünülmədiyini, valideynləri çətin vəziyyətə salmamaq üçün qiymətlərin yüksəlməməsinə çalışdıqlarını vurğulayıb.
Şöbə rəisi valideynlərin 597-45-39 nömrəsinə zəng etməklə öz ərazilərinə ən yaxın satış məntəqələri haqqında məlumat ala biləcəyini deyir. “Demək olar ki, bütün rayonlar üzrə satış məntəqələri var. Sadəcə iri ticarət mərkəzlərində olan mağazalar mövcud vəziyyətlə bağlı fəaliyyət göstərmir. Onların arasında Avtovağzal kompleksi, Amay ticarət mərkəzi və başqaları var”.
BTE rəsmisi bildirib ki, fabrik yeni məktəbli formaları nümunələri də hazırlayıb. Lakin pandemiya ilə bağlı olaraq onların tətbiqi barədə müzakirələr hələlik dayandırılıb. “Nə zaman bizdən nümunələri istəsələr, onda təqdim edəcəyik. Ehtimal ki, bu, cari ildə baş tutacaq. Təhsil Nazirliyi məsləhət gördü ki, yeni nümunələr təsdiq olunana kimi köhnə formalardan istifadə edilsin".
Yeni tədris ilinin başlamasına sayılı günlər qalsa da, satış hələlik olduqca aşağıdır. Bunu E.Əzimov da etiraf edir. Şöbə rəisi keçən il 20 min forma satıldığını, bu il hələlik heç min formanın belə alınmadığını deyir.
Etiketlər
Oxşar xəbərlər
Bakıda məktəbli dərsdən sonra itkin düşüb
Xəbər Anı
Məktəbli uniformaları ləğv edilməlidir -
Son Xeberler
Baş Nazirdən toylarla bağlı yeni
Son Xeberler
Anasını yad kişiylə yataqda tutan məktəbli dəhşət...
Son Xeberler
Azərbaycanda dərs vəsaitində Nəsiminin adı səhv ya...
Son Xeberler
Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli
Son Xeberler