Baş Nazirdən toylarla bağlı yeni QƏRAR

24.06.2020 07:27 1,153 baxış sayı 2 dəq. oxuma
Baş Nazirdən toylarla bağlı yeni
Nazirlər Kabineti “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
 
Bnunla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib.
 
Belə ki, Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq.
 
Həmçinin həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: