Azərbaycanda palçıq vulkanları UNESKO-nun siyahısına daxil ediləcək
Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Bu cür təbiət obyektləri bütün ölkələrdə yoxdur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
Onun sözlərinə görə, ölkədə qorunan vulkanlar var ki, onlar qoruq status altındadırlar:
“Qoruqlar ciddi mühafizə sistemində olan ərazilərdir. Amma qoruq status olmayan vulkanlar da var ki, təhlükəsizlik qaydalarına riayət etməklə o ərazilərə baxmaq mümkündür”.
A.Səmədova ötən il UNESCO-nun ölkəmizdə keçirilən 43-cü sessiyasında palçıq vulkanları barədə müzakirələrə də toxundu:
“Palçıq vulkanlarına geopark status verilməsi və bu geoparkların UNESCO-nun mədəni irs siyahına qatılması planlaşdırılır. Geoparkaların artıq əsasnamələri təsdiq edilib. Geopark status əldə ediləndən sonra insanlar vulkanlara baxış keçirərək bələdçilərin köməyi ilə həmin vulkanlar barədə geniş məlumatlar əldə edə biləcəklər”
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda vulkanın püskürmə anı -
Son Xeberler
Nazirlik püskürən vulkanın görüntülərini yaydı - F...
Son Xeberler
Xarici media nümayəndələri Qobustanda - FOTO
Bugun.az
“Türkiyə dahisi” Arda Gülər 5 nəfərlik siyahıya...
Ən Son Xəbərlər
Şuşada salamat tarixi bina yoxdur -
Son Xeberler
"Apple, Köhnəlmiş Telefonlarını "Vintlaj" Siyahısı...
Texnologiya xəbərləri