🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlik püskürən vulkanın görüntülərini yaydı - FOTOLAR

14.01.2021 18:07 348 baxış sayı 4 dəq. oxuma
Nazirlik püskürən vulkanın görüntülərini yaydı - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları Şıxzərli palçıq vulkanında yanvarın 9-da baş vermiş aktivliklə əlaqədar müvafiq ölçmə işləri həyata keçiriblər.

Nazirlikdən verilən məlumata görə, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının bu dəfəki püskürməsində qeydə alınmayıb.

Ölçmə işləri zamanı müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunmuşdur. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olunub. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alınıb. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatıb. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir:

Məlumat üçün bildiririk ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyildir. Bu vulkanın aktivliyinin təhlili onu göstərir ki, bu vulkan çox aktiv palçıq vulkanıdır. Bu son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

Qeyd edək ki, yanvarın 9-da saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan Rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal qərbində yerləşən Şıxzərli palçıq vulkanında püskürmə baş verib. Püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilmiş, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərazində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxarılıb.

Paylaş: