
Azərbaycanda bu orta məktəbin fəaliyyəti dayandı - SƏBƏBİ AÇIQLANDI

Gəncə şəhərində orta məktəb fəaliyyətini dayandırıb.
46 saylı orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilib.
Gəncə şəhər Təhsil İdarəsindən bildirilib ki, məktəbin bağlanmasına səbəb Nazirlər Kabinetinin müvafiq qərarıdır. Belə ki, həmin ərazidə yeni sosial evlər, o cümlədən 28 saylı orta məktəb üçün 1170 yerlik bina tikilib.
46 saylı məktəbin şagirdləri yeni istifadəyə verilən 28 saylı məktəbdə təhsil alacaq.
Məlumat üçün bildirək ki, fəaliyyəti dayanan məktəbdə 154 şagird təhsil alır. Şagirdlərin tədrisi ilə 29 pedaqoq məşğul olub.
Pedaqoqların müəyyən hissəsi 28 saylı məktəbdə işlə təmin edilib. Bir qismi isə Gəncənin digər orta tədris müəssisələrinə verilib.
Oxşar xəbərlər

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağ...
Son Xeberler

Azərbaycanda icra başçısının müavini və xanımı kor...
Son Xeberler

Bakıda yeni tikilən məktəblərin sayı açıqlandı -
Son Xeberler

Ad günü keçirən direktor cəzalandırıldı
Son Xeberler

Bakıdakı bu məktəb iki həftəlik bağlandı -
Son Xeberler

Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevi...
Bugun.az