04.10.2020 17:40
6
abunə
371
“Azərbaycana dəstəyimiz mənəvi və siyasidir” - İbrahim Kalın

"Bizim Azərbaycana dəstəyimiz mənəvi və siyasidir".

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür: “Əgər Ermənistan sülhün olmasını istəyirsə, işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxmalıdır. Bu, Azərbaycanın da rəsmi mövqeyidir və biz bunu dəstəkləyirik.

Təssüflər olsun, elə bir təssürat yaradırlar ki, Qarabağda hər şey qaydasında idi, guya Türkiyənin müdaxiləsindən sonra hər şey pisləşdi. Əslində isə Dağlıq Qarabağda davam edən erməni işğalı var, buna qarşı mübarizə aparan Azərbaycan var. Bizim Azərbaycana dəstəyimiz mənəvidir, siyasidir".

Daxil olun


x
This website is using cookies. More info. That's Fine