“Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək”

03.11.2020 11:42 466 baxış sayı 2 dəq. oxuma
“Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək”

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Qoşulmama Hərəkatının da Azərbaycana böyük dəstəyi olmuşdur. Bu həmin təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin göstəricisidir”.

Bu barədə Prezident İlham Əliyev öz tvitter hesabında qeyd edib.

“Son bir ayda dünyada səslənən hər fikrə, hər mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır. İlk günlərdən qardaş ölkələrdən bu dəstəyi görmək böyük mənəvi güc verir, bizim birliyimizi sözdə deyil, əməldə göstərir. Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək”, - deyə dövlət başçısı vurğulayıb.

 

 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: