
Azərbaycan Baş Prokurorluğu MƏLUMAT YAYDI

İyulun 2-də Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” birgə lahiyəsi çərçivəsində “Məhkəmə sistemi üçün kommunikasiya strategiyası” mövzusunda videokonfrans rejimində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi-lahiyənin rəhbəri Vəfa Rövşənova və Avropa Şurasının milli eksperti Leyla Mədətli arasında görüş keçirilmişdir.
Görüş zamanı Baş Prokurorluğun Mətbuat xidmətinin kommunikasiya strategiyasında maraqları, mətbuat sahəsi üzrə müvafiq qanunvericilik və təlimatlar, o cümlədən digər hakimiyyət orqanları ilə birgə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılmışdır.
Tədbir zamanı həmçinin, prokurorluq orqanlarının informasiya siyasəti, o cümlədən media əlaqələri ətrafında diskussiyalar aparılmış, kommunikasiya sahəsində güclü və zəif tərəflər, imkanlar və təhlükələr ilə əlaqədar geniş müzakirələr aparılmışdır.
Etiketlər
Oxşar xəbərlər

“Ramiz Mehdiyev Azərbaycan dövlətinə və xalqına me...
Son Xeberler

Baş Prokurorluq məlumat yaydı
Son Xeberler

Ohanyan barəsində qiyabi həbs qətimkan tədbiri seç...
Son Xeberler

Baş Prokurorluqdan Fuad Qəhrəmanlı və digər saxlan...
Son Xeberler

Baş Prokurorluq xəbərdarlıq edir -
Son Xeberler

Hərbi Prokurorluq 106 illik yubileyini qeyd etdi
Son Xeberler