Azad edilən kəndlər hansı rayonların tərkibinə daxildir?

09.10.2020 16:21 890 baxış sayı 2 dəq. oxuma
Azad edilən kəndlər hansı rayonların tərkibinə daxildir?

Xəbər verdiyimiz kimi, Hadrut qəsəbəsi və daha 8 kənd erməni işğalından azad edilib.

Şad xəbəri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açıqlayıb.

Məlumat üçün bildirək ki, Hadrut Xocavənd rayonunun inzibati ərazi vahidində qəsəbədir.

Çaylı kəndi əvvvəllər Ağdərənin tərkibində olub. 1992-ci ildə isə Tərtərin tərkibinə verilib.

Yuxarı Güzləklə Gorazıllı isə Füzulinin kəndləridir.

İşğaldan azad edilən Qaracallı, Əfəndilər, Süleymanlı, Qışlaq və Sur kəndləri isə ( çox vacib strateji yüksəklik) Cəbrayılın tərkibinə daxildir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: