22.10.2020 15:34
6
abunə
358
“Azərbaycanın bütün rayonları boşaldılmalıdır”

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində danışıqlara hansı halda başlaya biləcəyi şərtini açıqlayıb.

Dövlət başçısı jurnalistin “Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı?” sualına cavabında deyib ki, Azərbaycanın bütün rayonları boşaldılmalıdır:

“Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine