🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ay var 30 ilə bərabər...

27.10.2020 08:34 311 baxış sayı 18 dəq. oxuma
Ay var 30 ilə bərabər...

Bu gün Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün əks-hücum hərbi əməliyyatlarına başlamasından bir ay ötür. Bir ay ərzində Azərbaycan Ordusu işğal altında olan 4 şəhər - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 4 qəsəbə - Hadrut, Suqovuşan, Mincivan, Ağbənd, 166 kənd və çoxlu sayda əhəmiyyətli strateji yüksəklikləri işğaldan azad edib.

Döyüşlər gedən müddətdə 2 dəfə Moskvada, 1 dəfə Vaşinqtonda humanitar atəşkəs imzalanıb. Lakin Ermənistan hər 3 atəşkəsi bir neçə dəqiqə sonra pozaraq Azərbaycan mülki əhalisinə artilleriya və raket zərbələri endirib.

İyul ayında Ermənistanın Tovuz rayonu istiqamətində təxribatından sonra Azərbaycan xalqı küçələrə axışaraq Milli Məclisin qarşısında Ali Baş Komandana öz dəstəyini ifadə etdi. Döyüşlər başlayandan sonra isə xalq yumruq kimi bir olaraq dövləti, dövlət başçısını müdafiə etdi. Burada orduya dəstək üçün sahibkarların və sıravi xalqın yardımlaşması da diqqət çəkdi. Azərbaycan xalqı Ordusu ilə, Prezidenti ilə, hər bir fərdi ilə həmrəy olaraq işğal altında olan torpaqları azad etməyə davam edir. 

Prezident xalqa müraciətində də bu birlikdən danışıb: "Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir".

Bir aylıq döyüşlərdə Azərbaycan müasir və üstün hərbi texnologiyası ilə fərqlənib. PUA-lardan geniş istifadə nəticəsində Azərbaycan Ordusunun dünyanın diqqətini özünə çəkib və hərb tarixində iz qoyub.

Sentyabrın 27-dən bəri Ermənistan Ordusunun 252 tankı məhv edilib, 53 tank qənimət kimi götürülüb Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb. Tank əleyhinə vasitə 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.

Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 ədəd “KUB”, 1 ədəd ”KRUQ”, 2 ədəd “S-125” qurğusu məhv edilib. 6 ədəd “S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator məhv edilib.

İki ədəd “Elbrus”, 1 ədəd “Toçka-U” əməliyyat taktiki raket kompleksi məhv edilib. 231 yük avtomobili, onlardan 20-si sursatı ilə birgə məhv edilib. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.

Ermənistanın etiraf etdiyi canlı qüvvə itkisi min nəfərdən çox olsa da, reallıqda bu rəqəmin dəfələrlə artıq olduğu məlumdur. Azərbaycanın dronlar vasitəsilə qeydə aldığı hücumlar buna sübutdur.

Bu müddət ərzində Prezident, Ali Baş Komandan İlham Əliyev demək olar ki, hər gün xarici mediaya müsahibələr verib və xalqa müraciət edərək azad edilən əraziləri açıqlayıb. Prezidentin çıxışındakı bəzi sitatlar da xalqın dilində məşhurlaşıb. Onların biri və ən məşhuru “düşməni iti qovan kimi qovuruq və qovacağıq” ifadəsi olub. Növbəti çıxışında Prezident xalqın bu ifadəni bəyəndiyini bildiyini demişdi. Daha sonra Müdafiə Sənayesi Nazirliyi “İti qovan” adlı zərbə PUA-sı istehsal etməyə başladı.

Prezident İlham Əliyev bir ay ərzində xalqa etdiyi müraciətlərdə səsləndirdiyi bəzi ifadələri təqdim edirik:

“Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”.

“Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər”.

“Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm”.

“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir”.

 “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”.

“Mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq!”

“Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb”.

“Ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”.

Müzəffər Azərbaycan Ordusunun 30 ildən sonra öz torpaqlarını düşmən tapdağından azad etməsini xroniki ardıcıllıqla təqdim edirik:

27 sentyabr

Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

 3 oktyabr

Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi

Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

 4 oktyabr

Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr

Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

 9 oktyabr

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

Tərtər rayonunun Çaylı kəndi

 14 oktyabr

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

Füzuli rayonunun Arış kəndi

Cəbrayıl rayonunun Doşulu kəndi

 16 oktyabr

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

 17 oktyabr

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

 18 oktyabr

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

 19 oktyabr

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

 20 oktyabr

Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

 21 oktyabr

Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

22 oktyabr

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

 26 oktyabr

Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

Qeyd edək ki, ümumilikdə, Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Paylaş: