🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda yeyinti məhsullarının ixracı artıb

10.07.2025 08:25 6 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda yeyinti məhsullarının ixracı artıb

2025-ci ilin iyun ayı ərzində yeyinti məhsullarının ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34.6% artaraq 147.1 milyon ABŞ dollarına bərabər olub.

Metbuat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına əsasən xəbər verir ki, bu dövrdə qeyri-yeyinti məhsullarının ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.41% azalaraq 199.7 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Paylaş: