Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

03.06.2025 06:25 72 baxış sayı 1 dəq. oxuma Metbuat
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

İyunun 2-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: