Son Xeberler
Son Xeberler

11.12.2020 09:48

6 abunə

285

Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı

Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı

Avstraliyanın Kvinslend Universiteti və “CSL Limited” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndlərinin sınaqları bir sıra könüllülərdə qeyri-düzgün immun çatışmazlığı virusu testləri nəticələrinin yaranmasından sonra dayandırılıb.

Bu barədə preparatın istehsalçılarının bəyanatında bildirilir.

"CSL və Avstraliya hökuməti peyvəndin hazırlığının ikinci və üçüncü sınaq mərhələlərinin keçirilməməsi barədə razılığa gəliblər. Birinci mərhələ davam edəcək", - açıqlamada qeyd edilir.

Eyni zamanda peyvəndin istehsalçıları vaksinin HİV infeksiyasına səbəb ola bilməyəcəyini vurğulayıblar. Qeyd edilir ki, standart nəzarət testləri test iştirakçılarının insan immun çatışmazlığı virusu olmadığını təsdiqləyib.