🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Arsurun Ovannisyan ABŞ-a qaçdı

23.02.2021 06:51 410 baxış sayı 2 dəq. oxuma
Arsurun Ovannisyan ABŞ-a qaçdı

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçıb.

Bu barədə hərbi ekspert, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün tvitterdəki səhifəsində bildirib.
 
"Bir gün əvvəl (fevralın 21-də) Los-Anceles reysinin sərnişinləri (Ermənistan-red) Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı gördülər. O, bacısı ilə Qətər reysilə uçurdu.
 
Təyyarədə xeyli adam vardı. Hamı ona qışqırırdı. Amma o buna məhəl qoymurdu" - şahid dedi”, - İqor Korotçenko vurğulayıb.
 
Qeyd edək ki, Arsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini "takitiki geri çəkilmə" adlandırırdı.
 
Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib. Nazirliyin sabiq rəsmisi hədələndiyini və izləndiyini də bildirib. (Report)
Paylaş: