🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Eks erməni vitse-spiker Paşinyanın Moskvaya zəngindən yazdı

16.11.2020 13:20 628 baxış sayı 2 dəq. oxuma
Eks erməni vitse-spiker Paşinyanın Moskvaya zəngindən yazdı

“Baş nazir Nikol Paşinyan Moskvaya zəng edərək Dağlıq Qarabağın qaytarılan bölgələrindəki sakinlərin əmlaklarının çıxarılması üçün son tarixin 15-dən 25-dək təxirə salınması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlamağı xahiş edib”.

Bu barədə Ermənistan parlamentinin keçmiş vitse-spikeri Arpine Ovannisyan öz feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərinin təhvil verilməsi üçün Ermənistan tərəfinin 25 noyabr tarixinə qədər əlavə vaxt istədiyini açıqlamışdı:

“Ermənilərin Ağdamı 20 noyabr, Laçını isə dekabrın 1-dək təhvil verməsini nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

Paylaş: