
Antibiotik vurulan şəxs öldü - Azərbaycanda ŞOK HADİSƏ

Yanvarın 9-da saat 22 radələrində Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

Peyvənd olunan şəxs yenidən virusa yoluxa bilər? -...
Son Xeberler

Saxta Pul ilə Benzin Almağa Cəhd Edən Şəxs Saxlanı...
Son Xeberler

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler

Əhaliyə vurulan vaksinin tərkibində nə var? - HƏKİ...
Son Xeberler

Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü
Xəbər Anı

Antibiotiklər can alır:
Tibbi məlumatlar