13.02.2021 12:17
6 abunə
755
45 kilo arıqlayan qadının 3 SİRRİ - FOTO/VİDEO
45 kiloqram arıqlamağı bacaran Kanada sakini, 32 yaşlı Kari arıqlamağın üç sirrini açıqlayıb.
Onun hekayəsini "Women’s Health" nəşri dərc edib.
Uşaqlıqdan artıq çəkidən ziyyət çəkən Kari 16 yaşında 136 kiloqram ağırlığında olub. Onun səhhətində problemlər yaranmağa başlayıb: şəkərli diabetin əlamətləri, yüksək xolesterol, hormonal disbalans.
Kollecin ilk ilində qızın diz oynaqlarında daim ağrılar olub. Gücsüzlük, pis əhval-ruhiyyə onu daim müşayiət edib. Bu zaman Kari ciddi şəkildə arıqlamaq qərarına gəlib.
O, ilk növbədə, sağlam qidalanmağa, qəbul etdiyi qidaların tərkibinə və kalorisinə diqqət etməyə başlayıb.
Əvvəllər Kari idmana çox da fikir verməyib, sadəcə öz otağında ip atlayıb, lakin daha sonra hər gün idman zalına getməyə, qaçışla məşğul olmağa başlayıb.
Qadın Yeni Zelandiya atleti Les Mills tərəfindən hazırlanan, qarışıq döyüş sənətlərinə əsaslanan məşqlərə maraq göstərərək, məşqçilik kurslarında iştirak edib və təxminən bir il başqalarına dərs deyib.
Bu yolla Kari 45 kiloqram arıqladıqdan sonra 12 il ərzində çəkisini qorumağı bacarıb.
O, arıqlayarkən üç şeyi anladığını etiraf edib.
Birincisi, özünüz üçün qeyri-real hədəflər qoymamağınız vacibdir. Məsələn, pəhriz həddindən artıq sərt olmamalıdır.
İkincisi, qadının fitnesə baxışı dəyişib. Məşqlər onun düşüncə tərzimi və ümumi əhvalını yaxşılaşdırdığı üçün arıqlamaq prosesi daha xoş və pozitiv olub.
Üçüncüsü, kiminsə sizin nailiyyətlərinizi idarə etməsi faydalıdır: bu, məsuliyyəti artırır. Ona görə Kari arıqlayanlar üçün onlayn təşkiltlara üzv olub.
Kari ikinci dəfə ailə qurub və hazırda iki uşaq anasıdır.