🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

İtkin düşdüyü bildirilirdi - Öldürülübmüş

01.06.2025 19:25 14 baxış sayı 1 dəq. oxuma
İtkin düşdüyü bildirilirdi - Öldürülübmüş

Xaçmaz rayonunda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları heç bir nəticə verməyib. Lakin bu günlərdə qadının öldürülərək basdırıldığı məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Paylaş: