Bakının Zabrat qəsəbəsində bir əsrə yaxın yaşı olan iki mərtəbəli köhnə tikilidə sakinlər artıq həmin ünvanda yaşaya bilmirlər.
Baku Tv xəbər verir ki, qəsəbənin Oktyabr küçəsində yerləşən iki mərtəbəli yararsız binanın sakinləri qorxu içində yaşayırlar.
Binaya girişin dar küçələrdən ibarət olması burada hər hansısa texnikanın girişini mümkünsüz edir.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Amma heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı 73 saylı mənzil istismar sahəsindən bildiribər ki, bu iddia ilə bağlı onlara Fövqəladə Hallar Nazirliyindən heç bir göstəriş yoxdur və göstərilən rəyə uyğun hərəkət olunacaq.