Son Xeberler
Son Xeberler

06.11.2020 22:10

6 abunə

400

21 futbolçu və baş məşqçidə koronavirus aşkarlandı

21 futbolçu və baş məşqçidə koronavirus aşkarlandı

Portuqaliyanın “Moreyrense” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə Portuqaliya çempionatında mübarizə aparan klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 21 futbolçunun koronavirus testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. Komandanın baş məşqçisi və texniki heyətin bütün üzvlərində də infeksiya aşkarlanıb. İdarə heyətinin sədri də koronavirusa yoluxub. Ümumilikdə 30 şəxsin testi müsbət nəticə verib.

“Moreyrense” çempionatda “Pasuş de Ferreyra”ya qarşı keçirəcəyi matçın təxirə salınmasını tələb edib. Bu qarşılaşma noyabrın 7-də keçirilməlidir.