
Azərbaycan Kubokunda 1/8 finalın son iştirakçıları müəyyənləşəcək

Futbol üzrə Azərbaycan Kubokunda bu gün keçiriləcək daha iki qarşılaşmadan sonra 1/8 finalın son iştirakçıları müəyyənləşəcək.
"Melumat.tv"in məlumatına görə, "İmişli" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Cəbrayıl"ı qəbul edəcək.
Görüş saat 14:00-da başlayacaq. Qalib komanda 1/8 finalda "Kəpəz"lə görüşəcək.
"Qəbələ" isə doğma meydanda "Baku Sportinq"lə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da səsləndiriləcək. Bu cütün qalibi 1/8 finalda "Qarabağ"a rəqib olacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
31 oktyabr
14:00. “İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" "Dinamo"nu (6:0), "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Difai" "Şəfa"nı (3:2), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib. 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.
Oxşar xəbərlər

"Sabah" FIBA Avropa Kubokunda ilk qələbəsini qazan...
Bugun.az

Almaniya kubokunda finalçılar müəyyənləşdi
İdman Xəbər

"Sabah" Klubu FIBA Avropa Kubokunda Debüt Oyununu...
Bugun.az

Azərreyl Avropa Kubokunda Çempion Oldu!
Bugun.az

"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə q...
Bugun.az

Bu şəxslər metrodan PULSUZ istifadə edəcək
Xəbər Anı