Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Sabah" FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı

13.11.2024 20:25 170 baxış sayı 1 dəq. oxuma Metbuat
"Sabah" FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.

Metbuat.az-ın məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəlib.

"Bayquşlar" əvvəlki qarşılaşmaların nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: