🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

O lövhə də Bakıya gətirildi - FOTOLAR

10.12.2020 14:17 496 baxış sayı 2 dəq. oxuma
O lövhə də Bakıya gətirildi -

Bu gün Zəfər paradında Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən texnikalarının üzərindən götürülən nömrələrdən hazırlanmış lövhə nümayiş olunub.

Həmin lövhədə 2000-dən çox erməni texnikasının nömrəsi yerləşdirilib. Lövhənin üzərində “QARABAĞ AZƏRBAYCANDIR!” sözləri yazılıb.

Xatırladaq ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.

 



Paylaş: