🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

201 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi

26.07.2020 19:22 576 baxış sayı 1 dəq. oxuma
201 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi

Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı Vətənə qaytarıb.

AZAL-dan verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Paylaş: