
Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cinayət işi açıldı

Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb.
Metbuat.az Lent.az-a istinadla bildirir ki, aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.
Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına “ölkəni tərk etmək” göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb.
Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində “Rəsmi sənədləri saxtalaşdırma” maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində “Mühacir Qaçaqçılığı” cinayəti ilə bağlı qanuni iş başlanıb.
Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib.
Oxşar xəbərlər

iPhone 17 Air-in Dizaynı və Xüsusiyyətləri Açıldı!
Texnologiya xəbərləri

Azərbaycanlı gənc Yunanıstanda həbs edildi - FOTO
Bugun.az

Ağcabədidəki partlayış ilə bağlı cinayət işi açıld...
Bugun.az

Həmin xəstəxana direktoruna cinayət işi açıldı
Son Xeberler

SON DƏQİQƏ! Ermənilər 4 Azərbaycanlı tələbəni güll...
Son Xeberler

Aparıcıya cinayət işi açıldı -Həbs oluna bilər
Bugun.az