🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Zakir Həsənov Türkiyə müdafiə nazirləri görüşüb

09.10.2025 10:25 1 baxış sayı 2 dəq. oxuma
Zakir Həsənov Türkiyə müdafiə nazirləri görüşüb

Türkiyədə rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.

İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib

Paylaş: