
Azərbaycan və İsrailin müdafiə nazirləri müzakirə apardılar

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.
Bu barədə Metbuat.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri cənab İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.
Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.
Oxşar xəbərlər

İsrail rəhbərliyi Qəzza ilə bağlı razılaşmanın iki...
Bugun.az

İordaniya Ərəb Liqasını İsrailin Qərarına Etiraz E...
Bugun.az

Nazirlər Kabineti Yığıncağı: Gündəmdə Lübnan və İs...
Son Xeberler

İsrail İrandakı hərbi hədəfləri vurdu
Xəbər Anı

Biden İsrailin İran planını açıqladı
Son Xeberler

Hikmət Hacıyev İsrailin XİN başçısı ilə regional v...
Bugun.az