
Vergi daxilolmaları artdı

Bu ilin yanvar – iyun aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 703,7 milyon manata yaxın vergi daxil olub. Beləliklə, proqnoza 105,7 faiz əməl edilib.
Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 421,6 milyon manat və ya 5,1 faiz çox olub.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 421,6 milyon manat təşkil edib, proqnoz 103,6 faiz icra olunub. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 546,8 milyon manat və ya 9,3 faiz artıb.
Ödənilən vergilərin 73,8 faizi qeyri-neft-qaz sektorunun, 26,2 faizi isə neft-qaz sektorunun payına düşüb.
Oxşar xəbərlər

Naxçıvanda vergi daxilolmaları 34 faizdən çox artı...
Bugun.az

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq etdi
Bugun.az

Vergi ödəyicilərin nəzərinə: Müddət qısaldılır
Bugun.az

Baş Nazirdən Qərar
Son Xeberler

"Vergi uçotu üzrə mühasib " vakansiyası
Edumap.az Təhsil Portalı

Prezident bu şəxslərə ali xüsusi rütbə verdi -
Son Xeberler