
Vergi ödəyicilərin nəzərinə: Müddət qısaldılır

Vergi ödəyicisinin dəyişikliklərlə bağlı vergi orqanına məlumat vermə müddəti 40 gündən 15 günə endirilir.
Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Beləliklə, hazırda qüvvədə olan qanuna əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.
Layihəyə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir.
Oxşar xəbərlər

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq etdi
Bugun.az

Baş Nazirdən Qərar
Son Xeberler

"Vergi uçotu üzrə mühasib " vakansiyası
Edumap.az Təhsil Portalı

"Kartdan karta" görə xəbərdarlıq
melumat.tv

"Kartdan karta" görə rəsmi XƏBƏRDARLIQ
Xəbər Anı

Naxçıvanda vergi daxilolmaları 34 faizdən çox artı...
Bugun.az