
Sürücülərin nəzərinə - Dəyişiklik edildi

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, 2025-ci ilin 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcək.
Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.
Oxşar xəbərlər

Sürücülərin nəzərinə -Bu yol bağlıdır
Bugun.az

Sürücülərin nəzərinə -Bu yolda sıxlıq var
Bugun.az

Vergi ödəyicilərin nəzərinə: Müddət qısaldılır
Bugun.az

Sürücülərin nəzərinə -Bu yollarda tıxac yarandı
Bugun.az

Karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurm...
Edumap.az Təhsil Portalı

Sərnişinlərin NƏZƏRİNƏ!
Son Xeberler