
OpenAI 40 milyard dollarlıq investisiya əldə etdi

ABŞ-nin süni intellekt şirkəti OpenAI Yaponiyanın “SoftBank” investisiya qrupu ilə müqavilə imzalayıb.
Metbuat.az xəbər verir ki, OpenAI müqavilə çərçivəsində 40 milyard dollarlıq investisiya əldə edib. OpenAI şirkətindən bildirilib ki, investisiya şirkətin bazar dəyərini 300 milyard dollara çatdıracaq və süni intellekt tədqiqatlarını daha da inkişaf etdirməyə imkan verəcək.
Qeyd edək ki, OpenAI daha açıq mənbələrlə hərəkət edən süni intellekt modelini inkişaf etdirdiyini elan edib. Şirkət əvvəllər qapalı və mülkiyyətçi modelləri əsasında fəaliyyət göstərirdi. “Google “kimi qapalı modellərə üstünlük verən şirkətlər açıq mənbə modellərinin xarici hökumətlər tərəfindən zərərli istifadəyə və nəzarətə daha açıq olduğunu iddia edirlər.
Oxşar xəbərlər

SoftBank OpenAI-ya Nəhəng İnvestisiya Yatırıb!
Texnologiya xəbərləri

Apple OpenAI-ya İnvestisiyasını Dayandırır?
Son Xeberler

Elon Musk-un xAI şirkəti OpenAI-a meydan oxuyur!
Texnologiya xəbərləri

Səudiyyə Ərəbistanı Süni İntellektə Nəhəng İnvesti...
Texnologiya xəbərləri

OpenAI-ın 500 Milyard Dollarlıq "Ulduz Qapısı" Lay...
Texnologiya xəbərləri

Micron ABŞ-da 200 Milyard Dollarlıq İnvestisiya Ed...
Texnologiya xəbərləri