
Amazon Süni İntellektə Yatırımlarını Artırır

Amazon, süni intellekt sahəsindəki investisiyalarını sürətləndirir. Şirkət, əvvəllər 8 milyard dollar yatırım etdiyi süni intellekt startapı Anthropic-ə yeni bir investisiya qoymağı planlaşdırır. Son məlumatlara görə, Amazonun bu addımı, OpenAI və Google kimi texnologiya nəhəngləri ilə rəqabətdə geridə qalmağın qarşısını almaq strategiyasının bir hissəsidir.
Amazon, Anthropic-ə ilk böyük investisiyasını 2024-cü ilin noyabrında etmiş, 4 milyard dollarlıq bu yatırım tezliklə eyni miqdarda ikinci bir investiya ilə davam etdirilmiş və ümumi investiyanın həmin il 8 milyard dollara çatmasına səbəb olmuşdur. İndi isə, milyardlarla dollarlıq əlavə investisiya gündəmdədir. Əgər investisiya planı reallaşarsa, Amazon Anthropic-dəki payını saxlayacaq. Bu, şirkəti 3 milyard dollardan çox investisiya qoyan Google-dan daha irəlidə qoyur.
Amazonun Qlobal Korporativ İnkişaf üzrə Baş vitse-prezidenti Dan Grossman, Anthropic ilə əməkdaşlığın sürətlə dərinləşdiyini və mövcud investisiyanın bu ortaq məqsədləri əks etdirdiyini bildirib. Şirkət yalnız maliyyə resursları təmin etmir, həm də süni intellektin inkişafına fəal şəkildə qoşulur. Bu addım, Amazonun istehlakçı yönümlü süni intellekt həlləri və əsas model inkişafına daha aqressiv yanaşmasını göstərir.
OpenAI-ın ChatGPT və Google-ın Gemini modelləri kimi əsas dil modelləri ilə rəqabətdə geridə qalmamaq üçün şirkət həm infrastruktur, həm də kadr potensialına investisiyalarını artırır. Xüsusilə də, Anthropic-in Claude modeli kimi qabaqcıl süni intellekt sistemləri bu sahədə Amazonun strateji diqqət mərkəzindədir.
Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Süni İntellektə Nəhəng İnvesti...
Texnologiya xəbərləri

Amazon Texnologiya Dünyasında Gizli Silahını Açıql...
Texnologiya xəbərləri

Amazon Bulud Mərkəzlərinə Yatırımları Dayandırdı
Texnologiya xəbərləri

Amazon-un Robot Ordusu 1 Milyonu Ötürüb!
Texnologiya xəbərləri

Amazon Səsli Məlumatla Alış-veriş Təcrübəsini Yaxş...
Texnologiya xəbərləri

Meta Təhlükəsizlikdə Süni Zəkanı Aktivləşdirir
Texnologiya xəbərləri