Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mingəçevir elektrik stansiyası hidrogenə keçə bilər - Nazir müavini

29.09.2025 09:25 11 baxış sayı 2 dəq. oxuma Metbuat
Mingəçevir elektrik stansiyası hidrogenə keçə bilər - Nazir müavini

“Regionlarda 2 Giqavatlıq günəş panelləri inşa etməliyik. Bu, investorları cəlb edə bilər. Bunu özəl sektorun sərmayəsi hesabına da etmək olar”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov deyib.

Nazir müavini Azərbaycanda yaşıl enerjiyə keçidin vacibliyinə diqqət çəkib, bunun ölkənin enerji potensialını gücləndirəcəyini və iqlim hədəflərinə töhfə verəcəyini qeyd edib. O, həmçinin ictimai məsuliyyətin və köhnə enerjidaşıyıcıların əvəzlənməsinin önəmini vurğulayıb.

“Azərbaycan neft ölkəsi tanınır. Bizim ən böyük 2,5 Giqavatlıq Mingəçevirdə elektrik stansiyamız var. O, sovetdən qalmadır. Ola bilər ki, onun turbinləri hidrogenlə əvəzlənsin. Beləliklə, qaz idxalı azala bilər. Bu, milyonlarla qallon qaz ixracı deməkdir. Azərbaycanda hökumət və neft sektoru ilə məşğul olur. Bu sahədə olan resurslar tranzitsiz bir keçid dövrü yaşamır. Yeni hədəflər müəyyən edilir. Azərbaycanda bu prosesi AMB (Azərbaycan Mərkəzi Bankı) sürətləndirən dəstək verir. Elektriklə işləyən nəqliyyat vasitələri çoxalır. Biz ictimai məsuliyyət, cəmiyyətin məsuliyyətini də qeyd etməliyik”.

Gülbəniz Hüseynli / Metbuat.az

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: