🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

21.09.2025 16:25 1 baxış sayı 1 dəq. oxuma
Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlanıb.

AFFA-dan Metbuat.az-a bildiriblər ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 22-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq, sentyabrın 25-dən oktyabrın 5-dək isə MDB Oyunları ilə əlaqədar Qəbələdə beynəlxalq turnirdə iştirak edəcək.

Komandanın heyətinə bu futbolçular cəlb olunub: Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Əhəd Hacızadə, Tunar Bayramov, Arda Əzizli, Yusif Orucəliyev, Daniil Rəcəbov, Mehdi Hüseyn, Əli Bəşirov (hamısı “Qarabağ”), Kamal Camalzadə, Ruslan Quliyev, Şikar Şikar, Qaffar Babayev (hamısı “Neftçi”), Cəfər Cəfərzadə, Nihat Hüseynzadə, Vaqif Məmmədli, Firdovsi Şeydayev, Ruslan Əbilov, Xəzər Hüseynzadə (hamısı “Sabah”), Raul Paşayev (“Zirə”), Nicat Əhmədzadə (“Marcet”, İspaniya).

Paylaş: