🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Əminə Əliyeva Bakıda belə qarşılandı - FOTO

19.05.2025 19:25 20 baxış sayı 1 dəq. oxuma
Əminə Əliyeva Bakıda belə qarşılandı - FOTO

Xəbər verdiyimiz kimi, İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, kunq-fu üzrə Azərbaycan millisinin tərkibində dünya çempionu olan Əminə Əliyeva bildirib ki, İtaliyanın Peruca şəhərində keçirilən yarışda qızıl medal qazanmaq onun üçün elə də asan olmayıb.

"İki ildən sonra Olimpiya Oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm".

Qeyd edək ki, Əminə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır.

Paylaş: