
Azərbaycan-Ermənistan Bəyannaməsi Tramp üçün vacibdir - Tammi Bryus

“Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma ABŞ Prezidenti üçün çox əhəmiyyətlidir”.
Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət departamentinin sözçüsü Tammi Bryus deyib. O bildirib ki, dünya artıq Prezident Trampın bu məsələdə nə qədər ciddi olduğunu bilir:
“Tərəflər Ağ Evdə oldular. Bu, administrasiya və dünya üçün vacibdir. Bu barədə çox yazılmadığı üçün bəzi insanlar bəlkə də bilmirlər. Bu iki qonşu onilliklərdir ki, münaqişədədir. Artıq 35 ildən çoxdur ki, saysız-hesabsız insan həyatını itirib, nəsillər zərər görüb. Avropalılar, Fransa, Putin və hətta Bayden münaqişəni bitirməyə cəhd etsə də yalnız Prezident Tramp bu tarixi sülhü razılaşdırmaq üçün bu iki ölkəni uğurla bir araya gətirə bildi. Ona görə də düşünürəm ki, dünya bilir ki, Tramp münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir. O, realistdir və bu öhdəlik gördüyümüz kimi diplomatiyaya əsaslanır. O, müharibələri dayandırmaq üçün ABŞ Prezidenti olmaqdan maksimum yararlanaraq əlindən gələni edəcək”, - deyə Tammi Bryus əlavə edib.
Oxşar xəbərlər

Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az

Ermənistan və Azərbaycan münaqişəni nizamlamağa ya...
Bugun.az

Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləy...
Bugun.az

Tramp FED sədrinə çağırış etdi
Bugun.az

Tramp Xameneiyə məktub göndərdi
Bugun.az

Tramp 3-cü dəfə prezident olacaq? -Özü açıqladı
Bugun.az