🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib - Paşinyan

18.08.2025 17:25 1 baxış sayı 1 dəq. oxuma
Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib - Paşinyan

Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“Bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər. Bu reallıq sərhədlərin demarkasiyası prosesində öz həllini tapmalıdır”, - o bildirib.

“Avqustun 11-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ilkin mətni dərc olundu. Və bir sıra uzun illər davam edən konspirasiya nəzəriyyələri bundan sonra iflasa uğradı. Vətəndaşlarımız sazişin imzalanması faktını razılıqla qarşıladı”, - Paşinyan əlavə edib.

Paylaş: