
1 tona yaxın çətənə bitkisi yandırıldı

Daşkəsən rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Metbuat.az xəbər verir ki, ümumi çəkisi 917 kiloqram olan 970 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
Bundan başqa Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və oradan üç ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər. Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ağdamda 2 ton çətənə bitkisi məhv edildi
Bugun.az

Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edi...
Bugun.az

Ötən gün 50 kq-a yaxın narkotik aşkarlandı
Bugun.az

İlk 9 ayda narkotiklə bağlı 6516 cinayət faktı aşk...
Azəri Xəbər

Bu şəhərdə əməliyyat keçirildi -Saxlanılan var
Bugun.az

Şəkidə narkobaron saxlanıldı
Son Xeberler