Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu şəhərdə əməliyyat keçirildi -Saxlanılan var

17.06.2025 06:25 39 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu şəhərdə əməliyyat keçirildi -Saxlanılan var

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd “Kalaşnikov” avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə kolları aşkarlanıb.

Davam etdirilən tədbirlərlə N.Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. V.Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: