
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Bakı Hərbi Məhkəməsində oktyabrın 17-də Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Məhkəmə iclasında Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan və digər təqsirləndirilən şəxslərin müsahibələri, görüşlərdə verdiyi açıqlamalar, səsləndirdiyi fikirlər, həmçinin sosial şəbəkələrdəki paylaşımları əsasında sənədlər araşdırılıb.
Həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda və paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına səbəb olan çağırışlar əksini tapıb. Sənədlərə görə, burada Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə qarşı çıxışlar, digər cinayət xarakterli məlumatlar, müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar da yer alıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma halları mövcuddur. Həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam edir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna...
Azəri Xəbər

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sən...
Bugun.az

Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanl...
Bugun.az

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirili...
Son Xeberler

Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soy...
Azəri Xəbər

DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən
Son Xeberler



