Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

13.10.2025 13:37 31 baxış sayı 1 dəq. oxuma Apa
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Məhkəmədən verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, mühüm məsələ müzakirə edilib.


Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci və 228.1-ci maddələrinin şərh edilməsinə dair müraciətin Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.


Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 4-nə təyin edilmiş iclasında baxılacaq.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: