
Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb (FOTO)

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Bu proqram çərçivəsində, doğma yurdlarına qayıtmaq istəyən məcburi köçkünlərin növbəti karvanı Ağdama yola salınıb.
Bu dəfə köç Ağdam rayonunun Xıdırlı kəndinə təşkil edildi. Köç edənlər, əsasən, respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələrdir. Onlar illərdir yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda yaşayırdılar.
Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 15 ailə, yəni 57 nəfər köçürüldü. Sakinlər doğma yurda qayıtmaqdan məmnundurlar.
Qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Eyni zamanda, onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər. Sakinlər bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyərək qəhrəmanlığımızı xatırladılar.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola s...
Azəri Xəbər

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb-...
Azəri Xəbər
Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola...
Azəri Xəbər

Xocalının Şuşakənd kəndinə növbəti köç karvanı yol...
Azəri Xəbər

Ağdama növbəti köç karvanı yola salındı
Bugun.az

Xocalının Təzəbinə və Şuşakənd kəndlərinə növbəti...
Azəri Xəbər



