Xocalının Təzəbinə və Şuşakənd kəndlərinə növbəti köç karvanı yola düşüb

14.10.2025 08:37 28 baxış sayı 1 dəq. oxuma Apa
Xocalının Təzəbinə və Şuşakənd kəndlərinə növbəti köç karvanı yola düşüb

Xocalı rayonunun iki kəndinə növbəti qayıdış (köç) karvanı yola salınıb.


APA-nın Qarabağ bürosunun məlumatına görə, Xocalı rayonunun ŞuşakəndTəzəbinə kəndlərinə geri dönənlər respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdir.


Bu ailələr uzun illər ərzində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda sığınacaq tapmış məcburi köçkünlər olublar. İndi onlar öz doğma yurdlarına qovuşurlar.


Bu mərhələ çərçivəsində Şuşakənd kəndinə 27 ailə (116 nəfər), Təzəbinə kəndinə isə 27 ailə (117 nəfər) köçürülüb.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: