Meza Kolli Rumıniya klubundan ayrıldı

11.09.2020 10:14 466 baxış sayı 1 dəq. oxuma
Meza Kolli Rumıniya klubundan ayrıldı

Ötən mövsüm icarə əsasında "Keşlə"də oynamış Sezar Meza Kolli Rumıniyanın "Universitatya Krayova" klubundan ayrılıb.

28 yaşlı futbolçunun 2021-ci ilin iyunun 30-dək qüvvədə olan sözləşməsi ləğv olunub.

Sezar Meza Kolli 2013-2016-cı illərdə "İnter" ("Keşlə"), 2016-2017-ci illərdə isə "Zirə"də çıxış edib. Paraqvaylı yarımmüdafiəçi 2018-ci ilin yayında məhz "Keşlə”dən "Universtatya”ya keçib. 

T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: